...

Gürcüstandan Azərbaycana qaz kəmərinin tikintisi üzrə tenderdə gürcü şirkəti qalib gəlib

Energetika Materials 16 Mart 2011 15:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Neft və Qaz Korporasiyasının Qırmızı Körpü-Saquramo qaz kəmərinin 10 kilometrlik hissəsinin tikintisi üzrə elan etdiyi beynəlxalq tenderdə Gürcüstanın "Qaz Nəqli" şirkəti qalib gəlib. Bu barədə çərşənbə günü Trend-ə korporasiyadan məlumat verilib.

Layihənin dəyəri dörd milyon dollara yaxındır.

80 kilometrlik Qırmızı körpü (Azərbaycanla sərhəd) - Saquramo qaz kəməri enerjidaşıyıcıların nəqlinin şaxələndirilməsi məqsədilə tikilir.

2006-cı ildə bu layihə çərçivəsində qaz kəmərinin 30 kilometrlik Qardabani-Navtluqi və 2010-cu ildə daha 10 kilometrlik hissəsi inşa edilib.

Martın 22-də Gürcüstanın Neft və Qaz Korporasiyası bu qaz kəmərinin 30 kilometrlik hissəsinin tikintisi üzrə beynəlxalq tenderin qalibini də elan edəcək.

Xəbər lenti

Xəbər lenti