...

"Petkim"in inkişafına investisiyalar Türkiyə üçün böyük önəm kəsb edir

Energetika Materials 5 Aprel 2011 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Türkiyənin "Petkim" neft-kimya kompleksinin inkişafına iri investisiyaların qoyulması ölkə əhalisinin məşğulluğunun artması və onun rifah halının yaxşılaşması üçün şərait yaradır. Bu barədə çərşənbə axçamı ARDNŞ-nin də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirak payına malik olduğu "Petkim"dən məlumat verilib.

Eləcə də cari ildə Petkim 25 meqavatlıq külək enerjisinin regenerasiyası üzrə stansiyanın tikintisini planlaşdırır ki, ondan müəsisənin gücünün artdığı şəraitdə zəruri olan əlavə enerjinin nəqli üçün istifadə olunacaq. Stansiyanın tikintisi üçün artıq icazə alınıb.

Ən iri investisiya layihəsi "Petkim"i xammalla təmin edəcək yeni neft emalı zavodunun tikintisi olacaq. Yeni NEZ-in tikintisi üçün lisenziya artıq ötən il alınıb. "Petkim"dən bildirilib ki, yaxın vaxtlarda yeni emal müəssisələrinin təməli qoyulacaq.

Məlumata görə, istehsal prosesi üçün zəruri olan və Türkiyənin idxal etdiyi 72 milyard dollar məbləğində yarımfabrikatların 10 faizi neft-kimya məhsullarının payına düşür.

Yeni neft emalı zavodunun (NEZ) dəyəri 4,8-5,2 milyard dollar səviyyəsində proqnozlaşdırır.

NEZ-in gücü ildə 92-93 faiz səviyyəsində hazır məhsul ilə çıxışla 10 milyon ton təşkil edəcək.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti