...

Azərbaycan neftinin qiymətləri iyulun 18-də artıb

Energetika Materials 19 İyul 2012 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 18-də 108,54 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamınanisbətən 1,79 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır.

Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 18-də 107,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,8 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 18-də 104,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 18-də 105,77 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,73 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti