...

İsveçrə ТАР layihəsini dəstəkləyir

Energetika Materials 17 Yanvar 2013 17:41 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev ilə İsveçrə Konfederasiyasının energetika nazirinin müavini Valter Ştaynman arasında görüş keçirilib.
İsveçrə ТАР layihəsini dəstəkləyir

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev ilə İsveçrə Konfederasiyasının energetika nazirinin müavini Valter Ştaynman arasında görüş keçirilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Abdullayev Azərbaycan ilə İsveçrə arasında sıx əlaqələr qurulduğunu qeyd edib, ARDNŞ-nin bu ölkədə həyata keçirdiyi layihələrə verilən dəstəyə görə İsveçrə hökumətinə təşəkkürünü bildirib.

Ştaynman Azərbaycan-İsveçrə əməkdaşlıq əlaqələrində enerji məsələlərinin əhəmiyyətli yer tutduğunu söyləyib. O, Azərbaycan qazının Avropaya nəql olunmasının böyük maraq kəsb etdiyini, İsveçrə hökuməti tərəfindən Avropanın enerji təhlükəsizliyi məsələsinə böyük önəm verildiyini, Xəzər bölgəsindən Qərbə qaz nəqli üzrə mövcud olan layihələr arasında Transadriatik boru kəməri (TAP) layihəsinin dəstəkləndiyini qeyd edib.

Görüşdə TAP layihəsinin həyata keçirilməsi istiqamətində İsveçrə tərəfindən aparılan işlər barədə ARDNŞ prezidentinə məlumat verilib. Azərbaycanın qaz ixracı marşrutlarının diversifikasiyasında və Avropanın enerji təhlükəsizliyində maraqlı olduğunu vurğulayan Rövnəq Abdullayev ARDNŞ-də Avropaya qaz ixracı məqsədi daşıyan layihələrə eyni səviyyədə diqqət göstərildiyini söyləyib.

ARDNŞ-nin İsveçrədə həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayan İsveçrə energetika nazirinin müavini Azərbaycan ilə neft kimyası və bərpa olunan enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər olduğunu nəzərə çatdırıb. ARDNŞ-nin İsveçrədəki fəaliyyəti üzərində ətraflı dayanan Abdullayev şirkətin bu ölkənin pərakəndə yanacaq satışı bazarına inamla daxil olduğunu vurğulayıb, qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib. O, həmçinin Bakı ətrafında yeni Neft-Qaz Emalı və Neft Kimyası kompleksinin inşası layihəsinin Azərbaycanın ixrac potensialının yüksəlməsində böyük önəm daşıdığını bildirib.

Daha sonra tərəflər onları maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti