...

Qax rayonunun yaşayış məntəqələrinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 15 Fevral 2013 16:53 (UTC +04:00)
Bu gün Qax rayonunun Almalı və Ağçay kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.
Qax rayonunun yaşayış məntəqələrinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Bu gün Qax rayonunun Almalı və Ağçay kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə bildirilib ki, 395 abonenti olan Almalı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında uzunluğu 27 496 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 395 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

155 abonentlik Ağçay kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 10 660 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 155 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti