...

6 aya 82 yaşayış məntəqəsi qazlaşdırılıb

Energetika Materials 14 İyul 2015 19:21 (UTC +04:00)
Cari ilin 6 ayında 82 yaşayış məntəqəsi qazlaşdırılıb.
6 aya 82 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Cari ilin 6 ayında 82 yaşayış məntəqəsi qazlaşdırılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərəfindən cari ilin 6 ayı ərzində 5391 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 356 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.

Aparlan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-iyun ayları ərzində respublikanın 82 yaşayış məntəqəsi qazlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti