...

SOCAR audit aparır və Antipinsk NEZ-in səhmlərinin bir hissəsinin alınması imkanını nəzərdən keçirir

Energetika Materials 5 İyun 2019 18:55 (UTC +04:00)
Rusiyanın "SOCAR ENERQORESURS" MMC şirkəti Antipisk Neft Emalı Zavodunun səhmlərinin 80 faizini alıb
SOCAR audit aparır və Antipinsk NEZ-in səhmlərinin bir hissəsinin alınması imkanını nəzərdən keçirir

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın "SOCAR ENERQORESURS" MMC şirkəti Antipisk Neft Emalı Zavodunun səhmlərinin 80 faizini alıb.

Trend bu barədə "Sberbank"a istinadən xəbər verir.

Məlumata əsasən, onun iştirakçıları bir qrup investor və "Sberbank"dır.

Beləliklə, birgə müəssisə zavod, həmçinin Orenburq vilayətindəki yataqlar üzrə nəzarəti ələ keçirib.

Hazırkı mərhələdə zavodun yeni sahiblərinin əsas məsələləri zavodun işə salınmasını, onun fasiləsiz fəaliyyətini, daixili və xarici bazara neft məhsullarının tədarükünü, federal və regional büdcəyə stabil vergi daxilolmasını təmin etməkdir.

Layihə institusional ekspertiza və əməliyyat idarəçiliyini təmin edən Azərbaycanın neft şirkəti SOCAR tərəfindən dəstəklənir. SOCAR layihəyə investorlar tərəfindən qoşulmağı nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti