Bakı. Trend:
Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılır:
- İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin
verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə)
olduqda;
- Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik
enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə)
sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə
ödənilmədikdə;
- enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə
bağlanmadıqda;
- İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin
layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin
quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından
təyinatından kənar istifadə ( sistemdən və qızdırıcı cihazlardan
suyun boşaldılması) halları aşkar edildikdə;
- təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş
verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda;
- Məhkəmənin qərarı ilə;
- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin
əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi
əməliyyat aparan orqanın göstərişi əsasında.
Dəyişikliklər müzakirələrdən sonra birinci oxununşda səsverməyə qoyularaq qəbul edilib.