Bakı. Trend:
"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında hasil olunan neft artıq "MOL Group"un Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına çatdırılır.
Trend xəbər verir ki, bu barədə bu gün "MOL Group" şirkətinin kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Adam Homonnay 29-cu Bakı Enerji Forumu çərçivəsində "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları" panel müzakirəsində deyib.
"AÇG Azərbaycandakı fəaliyyətimizdə əsas rol oynayır. Bu yataqdan hasil olunan neft artıq Macarıstan və Slovakiyadakı neft emalı zavodlarımıza çatdırılır. Qeyd etmək istərdim ki, "MOL" şirkətinin Azərbaycanda məqsədi uzunmüddətli perspektivdə konstruktiv və etibarlı tərəfdaş olaraq qalmaqdır", - o deyib.
Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.
AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
(Tərcümə: Rəna Əbdürəhmanova)