...

ARDNŞ Ceyhandan ilk neft partiyasının satışı üzrə tender elan edib

Energetika Materials 13 İyul 2006 12:44 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti BTC boru kəməri ilə çatdırılan Azeri Light növlü neftin ilk partiyasının Ceyhan limanından satışı üzrə tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Partiyanın həcmi 1 mln barel (və ya 135 min ton) təşkil edir. Partiyanın bu il avqustun 11-13-də göndərilməsi planlaşdırılır. Tenderə iyulun 19-da yekun vurulacaq.

Neft bazarı treyderlərinin Trend ə verdiyi məlumata görə, iyulda Ceyhandan 6,6 mln. barel Azeri Light növlü neft ixrac olunacaq. İyulun 11-də AZERI LT FOB Ceyhan neftinin bir barelinin qiyməti $72,18 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,79 artıb).

Xəbər lenti

Xəbər lenti