...

"Azneft" bir sıra yataqlarda seysmik araşdırma üçün gəmini müəyyənləşdirir

Energetika Materials 3 Avqust 2006 18:01 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyi ARDNŞ yataqlarında seysmik araşdırmanın aparılması üçün cəlb olunacaq gəmi məsələsi üzrə Caspian Geophysical birgə müəssisəsindən təklif gözləyir. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən xəbər veriblər. Gəmi üzrə qərar qəbul olunduqdan sonra seysmik araşdırmanın başlanması nəzərdə tutulub.

ARDNŞ "Bulla", "Bahar", "Günəşli"nin dayaz sulu hissəsində və s. yataqlarda seysmik araşdırma aparmaq niyyətindədir. Bu işlərin görülməsi yataqların, perspektiv qazma nöqtələrinin və s. işlənməsinin müəyyən olunması üçün lazımdır. İlk dəfə yataqlarda 3D seysmik araşdırma aparılacaq.

ARDNŞ nümayəndələrinin sözlərinə görə, "Günəşli" yatağının dərin sulu hissəsinin şimalında quyunun qazıntısı zamanı neft ehtiyatları aşkar edilib, lakin su ilə təmas həddi hələ müəyyən edilməyib. Tədqiqatların keçirilməsi yataqlarda, yeni neftli obyektlərdə qazıntının davam etdirilməsi ilə əlaqədar tələb olunur.

Caspian Geophysical BM 1994-cü ildə ARDNŞ tərəfindən təsis edilib. Bu müəssisə tərəfindən "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Qarabağ", "Əşrəfi" və b. yataqlarında seysmik işlər görülüb. Bu işlərə "Bakı" və "Gilavar" gəmiləri cəlb olunub.

Xəbər lenti

Xəbər lenti