...

"Salyan Oil" əməliyyat şirkəti sutkada 870-880 ton neft hasil edir

Energetika Materials 27 Aprel 2007 17:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Hazırda "Salyan Oil" əməliyyat şirkətinin quyularının sutkalıq debiti 870-880 ton neft təşkil edir. Bu barədə şirkətdən məlumat verilib. Martda hasilatın ümumi həcmi 27 min 429 ton təşkil edib, bu da 2006-cı ilin analoji dövründən 2,2 faiz azdır. 2007-ci ilin əvvəlindən ümumilikdə əməliyyat şirkəti tərəfindən 78 min 570 ton neft hasil olunub. Əməliyyat şirkəti "Kürsəngi"- "Qarabağlı" onşor yatağını işlədir.

Keçən ilin dekabrında "Salyan Oil" əməliyyat komitəsinin aparılmasın zamanı 2007-ci ildə işlərin həyata keçirilməsi üçün 43 mln. dollar səviyyəsində büdcə təqdim edib. 2007-ci ildə ümumilikdə 5 quyunun qazılması nəzərdə tutulur. Onların hamısı istismar üçün nəzərdə tutulur. Onların layihə dərinliyi 3500 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti