...

Azərbaycanın Sənaye və Energetika Nazirliyi və "SAP" şirkəti Bakıda konfrans keçirəcəklər

Energetika Materials 13 İyun 2007 16:34 (UTC +04:00)
Azərbaycanın Sənaye və Energetika Nazirliyi və "SAP" şirkəti Bakıda konfrans keçirəcəklər

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Sənaye və Energetika Nazirliyində cümə axşamı "Azərbaycan müəssisələrinin xidmətlərinin idarə olunmasında qabaqcıl texnologiya" mövzusunda nazirlik və bütün dünyada tanınan "SAP AG" şirkəti tərəfindən təşkil olunan konfrans keçiriləcək.

Konfrans zamanı şirkətin nümayəndələri aşağıdakı mövzularda məruzə edəcəklər: "SAP" şirkətinin MDB bazarında strategiyası, "SAP" şirkətinin 2006-cı ildə MDB bazarında işinin yekunu, inkişaf perspektivləri", "SAP" şirkətinin Rusiyanın neft-qaz kompleksində effetiv layihələrinin təcrübəsi, müasir neft-qaz müəssisələrinin idarə edilməsi. Strategiyadan effektiv nəticələrə qədər", "Müasir HP texnologiyası neft-qaz səhəsində olan qabaqcıl müəssisələrin xidmətində". Konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev , ARNDŞ pezidenti Rövnəq Abdullayev, "SAP" MDB-nin icraçı direktoru Baris Volpe, "Bakıelektrikşəbəkə"-nin rəhbəri Baba Rzayev, Rabitə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin , dövlət müəssisələrinin və VR, Statoil, Bos Shelf şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

"SAP" biznesin idarəsi ilə bağlı proqram qərarların təchizatçıları sırasında dünya lideridir və bazar kapitallaşması üzrə aparıcı proqramm təminatı şirkətləri arasında üçüncü yeri tutur. 3 ildən çoxdur ki, "SAP" diqqətini müəssisənin effektivliyinin və dəyərinin, yəni rəqabət gücünün, qoyulan kapitalın səmərəliliyinə, istehsal gücünə, bazara çıxma vaxtı və müştərilərin razı salınmasına yönəldir.

Hazırda dünyanın 120-dən çox ölkəsində 38 000-dən çox şirkətdə 12 mln.-dan çox istifadəçi "SAP"ın proqram təminatından öz işində istifadə edir. "SAP" dünyanın 50-dən çox ölkəsində törəmə şirkətlərə malikdir və "SAP" simvolu altında Franfurkt və Nyu-York birjalarında və həmçinin bir sıra dünya birjalarında təmsil olunur. Bu, 39 355 işqçisi və unikal ekosistem tərəfdaşlarına malik (2200-dən çox tərəfdaş; ümumilikdə tərəfdaşlar 180 000 -dən çox "SAP" setifikatlarına malikdirlər) nəhəng şirkətlərdən biridir.

Xəbər lenti

Xəbər lenti