...

Dövlət Neft Fondunun Müşahidə Şurası 2007-ci il büdcəsinə dəyişikliklərin təsdiq üçün Azərbaycan prezidentinə təqdim olunmasını tövsiyə edib

Energetika Materials 14 İyun 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclasında Fondun 2007-ci il büdcəsinə dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası prezidentinə təqdim olunması barədə qərar qəbul edib. Bu barədə məlumatı Dövlət Neft Fondundan veriblər.

İclas zamanı Azərbaycan Respublikasının baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rəsizadə Fondun 2006-cı ildə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2006-cı il büdcəsinin icrası, Fondun 2007-ci il büdcəsində dəyişiklikləri təqdim edib.

Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun təqdimatına uyğun olaraq Fondun uçot siyasətində və muhasibat uçotu qaydalarında dəyişikliklər qəbul edilib.

Müşahidə Şurası həmçinin Fondun 2006-cı ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2006-cı il büdcəsinin icrası haqda məlumatların ölkə prezidentinə təqdim edilməsini məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti