...

İtaliya, Türkiyə və Yunanıstan qaz müqaviləsi imzalayıblar

Energetika Materials 26 İyul 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend A.Bədəlova/ Türkiyə mətbuatnının yazdığına görə, İtaliya, Türkiyə və Yunanıstan 2011-ci ildən başlayaraq qazın Mərkəzi Asiyadan Avropaya ixracı məqsədilə qaz kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıblar. Müqavilə Romada imzalanıb.

Kəmər sisteminə Yunanıstan və İtaliya arasında 212 kilometrlik sualtı sahə də daxil olacaq. Sistem vasitəsilə il ərzində Yunanıstana 11,5 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır ki, bunun da böyük hissəsi təkrar ixracın payına düşür.

Bu marşrutun köməyilə "Cənubi Qafqaz" qaz kəməri vasitəsilə Türkiyəyə çatdırılan və "Şahdəniz" qaz-kondensant yatağından hasil edilən Azərbaycan qazı da nəql edilə bilər. Kəmərin nəql gücü il ərzində 20 mlrd. kub metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti