...

Bakıda İKT-nin standartlaşdırılması üzrə Komitənin ilk iclası keçirilib

Telekommunikasiya Materials 26 Sentyabr 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir S.Babayeva/ Bakıda Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) standartlaşdırılması üzrə Texniki Komitənin birinci iclası keçirilib.

Rabitə nazirliyindən verilən məlumata görə, Texniki Komitənin Nizamnaməsi qəbul edilib.

Iclas çərçivəsində Texniki Komitənin ilin sonunadək Azərbaycanın informasiya təklükəsizliyi məqsədilə hazırladığı milli standartlar layihəsi əsasında həyata keçirilməsi nəzərdə tutulan iş planı təsdiq edilib. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin birgə yaratdığı informasiya - kommunikasiya texnologiyalarının (İKT) standartlaşdırılması üzrə Texniki Komitənin başlıca məqsədi - İKT sektorunda beynəlxalq və regional standartlara uyğun milli standartların tətbiqi, lazımi normativ sənədlərin hazırlanması, onların səmərəliliyinin artırılması, standartlaşdırma üzrə beynəlxalq və dövlətlərarası işlərdə iştirak daxildir.

Komitənin tərkibinə ölkənin İKT sahəsindəki aparıcı dövlət, özəl, elmi - texniki təşkilatları daxildir

Xəbər lenti

Xəbər lenti