...

Üçüncü rabitənin gələcəyi 3G-di - Avrasiya biznes şöbəsi Teliasonera-nın prezidenti Tero Kivisaari

Telekommunikasiya Materials 16 Fevral 2009 20:58 (UTC +04:00)
Üçüncü rabitənin gələcəyi 3G-di - Avrasiya biznes şöbəsi Teliasonera-nın prezidenti Tero Kivisaari

İspaniya, Barselona, 16 fevral / Trend , xüsusi muxbir P.Kəsəmənski/ 2008-ci il Teliasonera üçün çox uğurlu olub. Gəlir təxminən 20 faiz artıb və biz kifayət qədər inkişaf etmişik. Bu barədə Avrasiya biznes şöbəsi Teliasonera-nın şöbəsinin prezidenti Tero Kivisaari Barselonada KİV üçün verdiyi mətbuat konfransında bildirib.

"Mən fəaliyyətimizdən çox razıyam. Biz ölkələrə uzunmüddətli və böyük məbləğdə investisiyalar qoyuruq", - Kivisaari deyib.

Bizim aksiya paketlərinə sahib olmadığımız şirkətlərin (Turkcell və Meqafon) abunəçilərinin sayı bu gün 110 mln. nəfər, sahib olduğumuz isə 18,4 mln. nəfər təşkil edir. Şirkətin dövriyyəsi 2milyarddan çox,  gəlir isə 1 milyarda qədər olmuşdur, - Kivisaari deyib. 

Əgər bu əməliyyata Turkcell və Meqafonu da qatsaq, onda gəlir 2 mlr. dollar olar. Avrasiyada aparılan əməliyyatlar Teliasonera şirkətinin ümumi dövriyəsinin 50 faizini təşkil edir.

Şirkətin gələn ilə prioritetləri regionda yeni bazarların açılışı və inkişafıdır.

"Mən uğur üçün yaxşı şəbəkənin və xidmətin vacib olması fikrini dəstəkləyirəm və ona görə, işlədiyimiz ölkələrdə ən yaxşı şəbəkənin olmasına çalışırıq. Mən hesab edirəm ki, üçüncü rabitənin gələcəyi 3G-dir", - Kivisaari deyib.

"2009 və 2010-cu illər çətin olacaq. Bu illər tək bizim üçün deyil, hamı üçün çətin olacaq. Əsas problem odur ki, gələcəyi demək olmur. Əlbəttə ki, bizim biznesə Qazaxıstanda olduğu kimi pulun tez tez dəyişilməsi çox təsir edəcək. Ancaq buna baxmayaraq mən çox narahat deyiləm, çünki biz maliyyə bazasına malik olan güclü şirkətik", - Avrasiya biznesi şöbəsi Teliasonera-nın prezidenti Kivisaari deyib.

Azərbaycanın mobil əlaqələr operatoru Azercell Telecom artıq texniki cəhətdən bir ildir ki, 3G xidmətlərindən istifadə etməyə hazırdır. Bu barədə şirkətin baş direktoru Ali Ağan bazar ertəsi mətbuat konfransında deyib. "Biz çoxdan 3G-nin xidmətlərinin təbiqinə hazırıq. Bunu hələ keçən ilin noyabr ayında keçirilən Baku Tel sərgisində Azərbaycan Prezidenti İlham Əliyevə nümayiş etdirmişik ", - Ağan deyib. 3,5 mln. abunəçisi olan Azercell Telecom, bir neçə il bundan əvvəl 3G-nin xidmətlərindən istifadə etmək üçün lisenziya almaq marağında olmasını bildirib və bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti