...

Microsoft məhsullarının azərbaycanlı istehlakçıları lazımi informasiyanı korporasiyanın yeni saytından əldə edə biləcəklər

Telekommunikasiya Materials 20 May 2009 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend /

Microsoft məhsullarının azərbaycanlı istehlakçıları lazımi informasiyanı koprorasiyanın yeni saytı www.microsoft.az - dan əldə edə biləcəklər.

Sayt istifadəçiləri Proqram Təminatı (PT) yenilənmələri üzrə yükləmə imkanlarından yararlana biləcəklər. Belə ki, saytda Language Interface Pack (LIP) proqram paketlərini yükləmək üçün səhifə var. Bunların instalyasiyası Windows XP, Windows Vista və Microsoft Office 2007 istifadəçilərini Azərbaycan interfeysi ilə təmin edir. Həmçinin göstərilən PT-nin lokallaşdırılması prosesində tərtib olunmuş qlossari ilə də tanış olmaq olar.

"Sayt Microsoft-un Azərbaycandakı nümayəndəliyi tərəfindən dəstəklənir. Orada şirkətin ölkə daxili və xaricində fəaliyyəti haqda məlumat yerləşdirilir, yeni məhsullar və qərarlar anons edilir", - Microsoft-dan deyilib.

Microsoft Azerbaijan-ın Baş direktoru Teymur Axundovun sözlərinə görə, Azərbaycan dilindəki sayt korporasiyanın azərbaycanlı istifadəçilərə daha yaxın olmaq imkanı verəcək. "Saytı yaradarkən biz iki məqsəd güdürdük. Birincisi, internetin Azərbaycan zonasında yerləşən sayt Microsoft Azərbaycan şirkətinin fəaliyyəti haqda bütün informasiyanı təqdim edir. İkincisi, saytda şirkətin yenilikləri haqda məlumat Azərbaycan dilində çatdırılır", - Axundov deyib.

Microsoft Azerbaijan (korporasiyanın Azərbaycan nümayəndəliyi) şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun məqsədləri sırasına PT bazarının inkişafı, korporasiyanın məhsullarının irəlilədilməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, o cümlədən korporasiyanın ən yeni texnologiyalarının lokallaşdırılması və Azərbaycan ərazisində sosial layihələrin realizəsi daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti