...

"Biliklər Mərkəzi Azərbaycan" "Start UP" müsabiqəsinin yekunlarını keçirəcək

Telekommunikasiya Materials 8 Sentyabr 2010 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Q.Vəliyev/

"Biliklər Mərkəzi Azərbaycan" "Start UP" müsabiqəsinin yekunlarını keçirəcək. Bu barədə Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyinin məlumatında deyilir.

"Bilik Mərkəzi" tərəfindən təşkil edilən və iyulun 1-də başlayan - teхniki təhsilə yiyələnən tələbələr arasında qrantın alınması üçün həyata keçirilən "Start UP" müsabiqəsi Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Müsabiqənin nəticələri sentyabrın 14-də açıqlanacaq.

Müsabiqənin başlıca məqsədi tələbələrə əmək fəaliyyətinə başlamazdan əvvəl peşəkar ixtisaslaşmış təhsil və praktik təcrübənin verilməsi imkanıdır.

Müsabiqənin yekunlarına görə, "Bilik Mərkəzi"nin təqdim etdiyi baş mükafatın nominantları müəyyən ediləcək.

Tədbir çərçivəsində müsabiqə qaliblərinə "Bilik Mərkəzi"nin bazası əsasında "Cisco" şirkətinin sertifikatlaşdırılmış müəssisələrinin birində - CCVP (Cisco Certified Voice Professional), CCSP (Cisco Certified Security Professional) və CCIP (Cisco Certified Internetwork Professional) təhsil almaq üçün dəyəri 10 min dollar olan qrant veriləcək.

Xəbər lenti

Xəbər lenti