...

"Azercell Telekom" MMC-nin korporativ müştəriləri üçün yeni kampaniya

Telekommunikasiya Materials 18 Fevral 2011 16:29 (UTC +04:00)
Azərbaycanın mobil rabitə bazarının 54,6 faizinə sahib olan "Azercell Telekom" MMC və "GLOBTEL SOLUTIONS" MMC şirkətləri arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.
"Azercell Telekom" MMC-nin korporativ müştəriləri üçün yeni kampaniya

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycanın mobil rabitə bazarının 54,6 faizinə sahib olan "Azercell Telekom" MMC və "GLOBTEL SOLUTIONS" MMC şirkətləri arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Beləliklə, 20.02-20.04.2011-ci il tarixləri arasında "GLOBTEL SOLUTIONS" MMC şirkəti tərəfindən "Azercell Telekom" MMC-nin korporativ müştərilərinə ARVENTO GPS və Peyk sistemlərini 1 aylıq pulsuz quraşdıraraq test imkanı təqdim edilir.

Qeyd edək ki, ARVENTO GPS və Peyk sistemləri vasitəsilə Siz rahatlıqla şirkətinizin bütün nəqliyyat vasitələrini nəzarət altında saxlaya bilərsiniz. İnternet olan yerdə istənilən an nəqliyyat vasitələrinizin təyin edilmiş marşrut üzərindən hərəkət etməsi, yanacağın sərf edilməsi, sürəti, dayanacaq yerləri haqqında istənilən növ məlumatı əldə edəcəksiniz.

ARVENTO layihələri 2006-2010-cu illərdə Türkiyədə "Turkcell" tərəfindən yüksək səviyyədə mükafatlandırılıb. Beləliklə, Siz ARVENTO nəqliyyat nəzarət və monitorinq sistemlərini istifadə etməklə şirkətinizin xərclərini kontrol edəcəksiniz, şirkətinizin gəlirini nəzərəçarpacaq dərəcədə artıracaqsınız, satış bazarında rəqabət gücünüzü və iş prosesinin effektivliyini artıracaqsınız, çoxsaylı müştərilərə az bir vaxtda yüksək səviyyəli xidmət göstərə biləcəksiniz, yanacaq istifadəsini azaldacaqsınız, servis xidmətlərinin effektivliyini artıracaqsınız, nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq imkanları əldə edəcəksiniz.

ARVENTO sistemini tətbiq edən şirkətlərin aşağıdakı üstünlükləri əldə etdiyi məlum olub:

- yük dövriyyəsini 15% artırır;
- sifarişlərin sayını 10-15% artırır;
- faktiki nəqliyyat qaçırılmalarını 100% azaldır;
- yanacağın orta xərclərini 25-35% azaldır;
- avtopark sığorta və təmir xərclərini 20% azaldır.

Təbii ki, Siz də bir iş adamı olaraq şirkətinizin xərclərini azaltmaq istəyirsiniz. O zaman buyurun! Biz hazırıq! Bu və digər məhsulları ARVENTO-nun Azərbaycanda rəsmi təmsilcisi "GLOBTEL SOLUTIONS" MMC təqdim edir.

Əlavə məlumat: www.globtel.az
E-mail: [email protected]
Tel: (99412) 437 30 71
Fax: (99412) 437 30 72

Xəbər lenti

Xəbər lenti