...

Bakı Metropoliteni sərnişindaşımanın dispetçer və avtomatlaşdırılmış sistemlərini alır

Telekommunikasiya Materials 9 Aprel 2011 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

Bakı Metropoliteni sərnişindaşımaların dispetçer və avtomatlaşdırılmış sistemlərinin alınması üzrə maraq sorğusu elan edib. Bu barədə Bakı Metropoliteninin məlumatında deyilir.

Bakı Metropoliteni paylayıcı komponentlərdən istifadə etməklə yeraltı nəqliyyatın hərəkətinə dispetçer nəzarət sistemlərinin və gediş kartlarının kontaktsız yüklənməsi üçün aparatların alınmasını planlaşdırır.

Maraqlı tərəflərin təklifləri aprelin 13-dək qəbul edilir.

Ətraflı məlumat almaq üçün 497-53-56 nömrəli telefonla müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti