Azərbaycan, Bakı, 31 may /Trend/
Hazırda rəsm qalereyaları, park, muzey, restoran və Bakının görməli yerləri üzrə virtual turlar təqdim edən www.baku3d.az saytı vasitəsilə ən son xəbərləri əldə etmək imkanı yaranıb.
Trend-in məlumatına görə, istifadəçilər ingilis, fars və türk saytlarından orijinal tərcüməli xəbərlərin də yer aldığı news.baku3d.az informaiya bölməsində ölkədə və dünyada baş verən ən son xəbərlər barədə məlumat əldə edə bilərlər. Bundan sonra saytın istifadəçiləri ən son hadisələr barədə məlumatlı olacaqlar.
news.baku3d.az oxucuları eyni xəbər barədə Azərbaycanın müxtəlif informasiya agentliklərinin mövqeyindən tanış olmaq imkanı qazanacaqlar. Bu sistem news.yandex.ru və news.google.com xəbər portalları tərəfindən də istifadə olunur.
www.baku3d.az saytında "AzərTAc", "Новости-Азербайджан", "SalamNews", "Day.az", Trend, "1news.az", "Vesti.az" və "Azadlıq" radiosu kimi informasiya agentliyi və xəbər portallarının məlumatları yerləşdiriləcək.
Qeyd edək ki, www.baku3d.az saytı 2012-ci ilin yanvarında fəaliyyətə başlayıb. Bu, Azərbaycanda "google map" və "gomap" xəritələri vasitəsilə 3D panorama nümayişi həyata keçirən ilk saytdır.