...

SINAM Maliyyə Nazirliyində maliyyə və mühasibat uçotu hesabatları sisteminin tətbiqinə başlayıb

Telekommunikasiya Materials 6 İyul 2012 13:47 (UTC +04:00)
SINAM şirkəti Azərbaycan Maliyyə Nazirliyinin büdcə təşkilatları üçün maliyyə və mühasibat uçotu hesabatları sisteminin (FARABI) tətbiqinin I mərhələsinin həyata keçirilməsinə başlayıb.
SINAM Maliyyə Nazirliyində maliyyə və mühasibat uçotu hesabatları sisteminin tətbiqinə başlayıb

Azərbaycan, Bakı, 6 iyul /Trend/

SINAM şirkəti Azərbaycan Maliyyə Nazirliyinin büdcə təşkilatları üçün maliyyə və mühasibat uçotu hesabatları sisteminin (FARABI) tətbiqinin I mərhələsinin həyata keçirilməsinə başlayıb.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, layihənin məqsədi müasir dünya təcrübəsinə əsaslanan maliyyə və mühasibatlıq sistemini Azərbaycanın büdcə təşkilatlarında tətbiq etməklə dövlət siyasəti və vəsaitlərinin analizi sahəsində potensialın gücləndirilməsi və modernləşdirilməsinə dəstək verməkdir.

Sistem büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun müasir uçot və hesabatlılıq, yeni mərkəzləşdirilmiş və müştəriyə hesablanmış informasiya sisteminin tətbiqini, idarəetmə vərdişlərinin yüksəldilməsi, həmçinin sadələşdirilmiş daxili və xarici hesabatlılıq prosesinin həyata keçirilməsini təmin edəcək.

FARABI sistemi Maliyyə Nazirliyinin DATA Mərkəzində quraşdırılacaq. Büdcə və digər təşkilatlar maliyyə və mühasibatlıq hesabatlarının hazırlanmasını və təqdim edilməsini DATA Mərkəzə birləşərək FARABI sistemindən istifadə etməklə yerinə yetirəcəklər.

Layihənin ilkin fazasının 14 ay müddətində reallaşdırılması nəzərdə tutulub. İlkin mərhələdə FARABI sisteminə 35 dövlət və özəl ali məktəbin və 4 nazirliyin birləşdirilməsi nəzərdə tutulub. Gələcəkdə sözügedən sistemə qoşulacaq təşkilatların sayının artırılması və sistemə həmin təşkilatlardan qoşulan istifadəçilərin (lisenziyaların) ümumi sayının 4000-ə çatdırılması nəzərdə tutulub.

Ümumiyyətlə, FARABI sisteminə Azərbaycanın bütün nazirlikləri və digər dövlət qurumlarının qoşulması planlaşdırılır. Maliyyə Naziliyinə maliyyə hesabatları verən digər qurumlar da bu sistemə qoşulacaq.

FARABI sistemində informasiya təhlükəsizliyinə xüsusi diqqət verilib. Belə ki, sistemdə ən son SSL və Açıq Açar infrastrukturu (PKI) texnologiyalarına əsaslanan təhlükəsizlik və idarəetmənin tətbiqi nəzərdə tutulub. Bu iş SINAM şirkətinin elektron imza həlli olan SPKIS sisteminin FARABI sisteminə inteqrasiyası vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, SPKIS sistemi FARABI sisteminin nüvəsini təşkil edən SERP (Müəssisə Resurslarının İdarə olunması Sistemi) proqram təminatına tam şəkildə uyğundur.

Xəbər lenti

Xəbər lenti