...

Azərbaycanın dövlət internet provayderləri tarifləri aşağı salır

Telekommunikasiya Materials 10 Sentyabr 2012 12:47 (UTC +04:00)
"BakinterNet" dövlət internet servis provayderi internet şəbəkəsinə çıxışın dəyərini aşağı saldığını elan edib. Bu barədə şirkətin şənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanın dövlət internet provayderləri tarifləri aşağı salır

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir H.Vəliyev/

"BakinterNet" dövlət internet servis provayderi internet şəbəkəsinə çıxışın dəyərini aşağı saldığını elan edib. Bu barədə şirkətin şənbə günü yaydığı məlumatda deyilir.

Provayderin yeni tarifləri genişzolaqlı ADSL üzrə trafikin və buraxılış qabiliyyətinin təqribən ikiqat artırılmasını nəzərdə tutur.

Seçilmiş tarif planından asılı olaraq, BakinterNet abunəçilərinin qeyri-məhdud ADSL girişə xərcləri indi 1024 Kbit/s 10 manatdan 10240 Kbit/s 80 manatadək (installyasiyanın dəyəri beş manat) təşkil edir.

Gözlənildiyi kimi, analoji tarif planı digər dövlət internet servis provayderi olan "AztelekomNet"də də qüvvədə olacaq.

"BakinterNet" tariflərində dəyişikliklər, həmçinin seçilmiş xətlərin trafiki üzrə internet şəbəkəyə çıxışın qiymətinə də şamil edilir.

512 Kbit/s sürətdə gnişzolaqlı ADSL-dən istifadəyə görə abonent ödənişi iki manata, əlavə olaraq yüklənən informasiyanın hər qiqabayt üçün iki manata (quraşdırmanın dəyəri beş manat) başa gəlir.

Ayrılmış xətt üzrə İnternet xidmətlərinə gəlincə, onun üçün abunə haqqı 15 manatdan (512 Kbit/s) 305 manat (10240 Kbit/s) arasında dəyişir. Avadanlığın quraşdırımasının dəyəri 48 manatdır.

İnternet xidmətlərinin tariflərinin azaldılmasına ilkin provayder Delta Telecom tərəfindən internet xidmətləri provayderləri üçün tariflərin bu yaxınlarda aşağı salınması səbəb olub. İSP üçün ilkin provayder tərəfindən kanalların icarə dəyərinin son azaldılması 2010-cu ilin sentyabrında baş verib. Azalma tutumu 100 Mbit/s-dən yuxarı həcmdə seçilmiş kanalların tariflərinə şamil edilir. Belə ki, internet-provayderləri tərəfindən hər 1 Mbit/s-də əlavə həcmin alınmasının dəyəri 50 manat təşkil edir.

Tariflərin azalmasının məqsədi provayderlər tərəfindən son istifadəçilərə göstərilən internet-xidmətlərin keyfiyyətinin artırılmasıdır.

Bu gün internet şəbəkəsinə çıxışın qiymətini "Azstarnet", "DataPlus" və "Azeronline" şirkətləri də azaldıb.

Xəbər lenti

Xəbər lenti