...

Rəqəmsal TV-yə keçid mobil rabitənin ehtiyacı üçün tezliklərin azad olunmasına yardım edir

Telekommunikasiya Materials 22 Sentyabr 2012 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir H.Vəliyev/

Rəqəmsal yayıma vaxtında keçid xidmətlərin genişləndirilməsi üçün mobil rabitənin cəlb ediləcəyi tezlik spektrinin azad olmasına yardım edir. Bu barədə Trend-ə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) zona şöbəsinin rəhbəri Orozobek Kayıkov bildirib.

Kayıkovun sözlərinə görə, bu gün tezlik resursları kifayət qədər məhduddur ki, bu da onlardan daha effektiv istifadə etmək zərurəti yaradır. Spektr tezliyindən effektiv istifadə imkanlarından biri rəqəmsal yayıma keçiddir.

"Ölkənin rəqəmsal yayıma tam keçidi 2015-ci iyuluna nəzərdə tutulub. Bu isə bu gün analoq yayımda istifadə olunan tezlik spektrinin azad olunmasına yardım edir. Avropa ölkələri mobil rabitədə azad olunmuş tezliklərdən istifadə barədə qərar qəbul ediblər. Regionla Rabitə Birliyi ölkələrində azad olunmuş tezliklərdən necə istifadə olunması barədə konkret qərar hələ qəbul edilməyib. Bununla əlaqədar həmin məsələ kollektiv yanaşma tələb edir", - o deyib.

Xəbər lenti

Xəbər lenti