...

Rəqəmsal TV-yə keçid internetə genişzolaqlı mobil çıxışın inkişafına yardım edir

Telekommunikasiya Materials 5 Fevral 2013 17:12 (UTC +04:00)
Rəqəmli televiziya yayımının tətbiqi TV proqramlarının keyfiyyətinin və sayının artırılması ilə yanaşı, məhdud resurslar olan tezliklərdən daha səmərəli istifadə edilməsinə, xüsusilə, genişzolaqlı mobil rabitə xidmətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq.
Rəqəmsal TV-yə keçid internetə genişzolaqlı mobil çıxışın inkişafına yardım edir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir H.Vəliyev/

Rəqəmli televiziya yayımının tətbiqi TV proqramlarının keyfiyyətinin və sayının artırılması ilə yanaşı, məhdud resurslar olan tezliklərdən daha səmərəli istifadə edilməsinə, xüsusilə, genişzolaqlı mobil rabitə xidmətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda televiziya diapazonunun konversiyası hesabına LTE (Long Term Evolition) texnologiyasının tətbiqinə başlanılıb.

Rəqəmsal yayım formatına tam keçid ölkə əhalisinin rəqəmsal televiziya siqnalı ilə 100 faiz təmin edilməsindən sonra gözlənilir. İlkin hesablamalara görə, bu, ilin sonunda baş verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti