...

Azərbaycanın televiziya kanalları "Azerspace 1"-də yayıma keçirlər

Telekommunikasiya Materials 8 Dekabr 2014 13:23 (UTC +04:00)
Azərbaycanın televiziya kanalları "Azerspace-1" peyki ilə yayıma keçəcəklər.
Azərbaycanın televiziya kanalları "Azerspace 1"-də yayıma keçirlər

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın televiziya kanalları "Azerspace-1" peyki ilə yayıma keçəcəklər. Trend xəbər verir ki, bu barədə "Azerkosmos" ASC-nin (Azərbaycanın peyk operatoru) bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, "LiderTV" yayımı "Azerspace-1" peyki vasitəsilə həyata keçirilən növbəti televiziya kanalı olacaq. Yayımla bağlı telekanalla müqavilə dekabrın 1-də imzalanıb.

Hazırda "Azerspace-1" peyki ilə yayımlanan yerli televiziya və radio kanalların sayı 23-ə çatıb.

Bundan başqa, 2015-ci ildən başlayaraq "Xəzər TV" kanalının HD (high definition) formatında yayımı başlanacaq. ASC ilə "Xəzər TV" arasında "Azerspace-1"in köməyi ilə yüksək dəqiqliyə malik televiziya siqnallarının yayımına dair müqavilə 20-ci "BakuTel-2014" beynəlxalq sərgisi çərçivəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti