...

Əli Abbasov: "Azerspace-1" gələn ildən gəlir gətirəcək

Telekommunikasiya Materials 17 Yanvar 2015 10:53 (UTC +04:00)
"Azerspace-1" telekommunikasiya peyki 2016-cı ildə öz xərcini tam çıxaracaq.
Əli Abbasov: "Azerspace-1" gələn ildən gəlir gətirəcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

"Azerspace-1" telekommunikasiya peyki 2016-cı ildə öz xərcini tam çıxaracaq. Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda peykin köməyi ilə göstərilən xidmətlərin kommersiyalaşdırılması üzrə fəal işlər aparılır.

Nazir qeyd edib: "Əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilmişdisə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti