...

Türkiyənin daha bir kanalı "Azerspace-1" üzərindən yayımlanır

Telekommunikasiya Materials 1 May 2015 16:26 (UTC +04:00)
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Doktor” TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.
Türkiyənin daha bir kanalı "Azerspace-1" üzərindən yayımlanır

Azərbaycan, Bakı, 1 may /Trend/

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC və "Doktor" TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı "Doktor" TV artıq "Azerspace-1" peyki üzərindən yayıma keçib.

Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı mövzusunda olan verilişlər nümayiş olunur.

Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan "Doktor" TV kanalı 1 may 2015-ci il tarixindən 11015/H/30000 tezliyi ilə yayımlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti