...

"Azerspace-1" peykinin resursları Afrika və Yaxın Şərqi etibarlı rabitə ilə təmin edəcək

Telekommunikasiya Materials 6 May 2015 20:06 (UTC +04:00)
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən “Network Satellite Technology Trading” (NSTT) şirkəti ilə müqavilə imzalayıb.
"Azerspace-1" peykinin resursları Afrika və Yaxın Şərqi etibarlı rabitə ilə təmin edəcək

Azərbaycan, Bakı, 6 may /Trend/

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC Birləşmiş Ərəb Əmirliklərinin Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən "Network Satellite Technology Trading" (NSTT) şirkəti ilə müqavilə imzalayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən NSTT şirkəti "Azerspace-1" peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə - internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.

"IDirect" platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edəcək. "Azərkosmos" və NSTT arasındakı əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək.

Qeyd edək ki, 2002-ci ildə yaradılan "NSTT" şirkəti dünyanın qabaqcıl kommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti