...

Azərbaycan peyki Gürcüstanın İctimai Telekanalının proqramlarının yayımına başlayıb

Telekommunikasiya Materials 28 Yanvar 2016 12:54 (UTC +04:00)
Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting (GPB)" şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.
Azərbaycan peyki Gürcüstanın İctimai Telekanalının proqramlarının yayımına başlayıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting (GPB)" şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.

Müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən "2TV" ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, "2TV" kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55%-i tərəfindən izlənilən bu kanal vasitəsilə gürcü dilində, əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti