...

Yeni TV və radio kanalları artıq "Azerspace-1"-də

Telekommunikasiya Materials 4 Fevral 2016 15:25 (UTC +04:00)
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın “Maestro” TV və “Saperavi” TV kanalları ilə kommersiya yayımına dair müqavilə imzalayıb.
Yeni TV və radio kanalları artıq "Azerspace-1"-də

Bakı. Trend:

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın "Maestro" TV və "Saperavi" TV kanalları ilə kommersiya yayımına dair müqavilə imzalayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, kanallar 2016-cı ildən etibarən "Azerspace-1" peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanır.

Qeyd edək ki, "Maestro" kanalı 1995-ci ildə təsis edilib. Gürcüstan əhalisi arasında populyar olan bu kanal vasitəsilə gürcü dilində əsasən ictimai, siyasi, iqtisadi, idman, musiqi, mədəniyyət və uşaq verilişləri, sənədli filmlər və seriallar nümayiş olunur. "Saperavi" TV-də isə qədim gürcü adət-ənənələrini əks etdirən proqramlar yayımlanır.

Peyk operatoru, həmçinin Türkiyənin "RS FM" radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radiokanal "Azerspace-1" peyki üzərindən 2016-cı ilin fevral ayından etibarən 11135/H/27500 tezliyi ilə yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti