...

Smart Box texnologiyası mötəbər milli mükafata layiq görüldü

Telekommunikasiya Materials 8 Fevral 2016 11:54 (UTC +04:00)
Cənubi Qafqaz regionunun aparcı telekommunikasiya operatorlarından biri olan KATV1 2015-ci ilin yekunlarına görə mötəbər “Azeri Business Award” mükafatına layiq görülüb.
Smart Box texnologiyası mötəbər milli mükafata layiq görüldü

Bakı. Trend:

Cənubi Qafqaz regionunun aparcı telekommunikasiya operatorlarından biri olan KATV1 2015-ci ilin yekunlarına görə mötəbər "Azeri Business Award" mükafatına layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Texnologiyalar lideri" nominasiyasında qalib gələn KATV1 Azərbaycanın digər telekommunikasiya şirkətlərindən daha innovativ hesab edilmişdir.

Bu nominasiyada qalibiyyət 2015-ci ildə KATV1-in Azərbaycan bazarı ilə yanaşı qlobal bazara çıxardığı Smart Box media qurğusu sayəsində mümkün olmuşdur. Bazarda təqdim edilən standart digər qurğulardan fərqli olaraq Smart Box hər bir istifadəçiyə TV-kanallara 10 günədək arxiv rejimində baxmağa şərait yaradır.

Hazırda Smart Box Avropa və MDB bazarlarına çıxmaqdadır və əsas istehlak bazarı xaricdə yaşayan və milli media-kontentə tələbat duyan azərbaycanlılardadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti