Bakı. Hüseyn Vəliyev - Trend:
"Azerspace-1" peykindən siqnalın verilməsi fevralın 8-də saat 17:00-a bərpa olunacaq ki, bu da Azərbaycanın efir məkanında aparılan kompleks profilaktika ilə əlaqədardır. Bunu Trend-ə "Azərkosmos" MMC-dən deyiblər.
Kompleks profilaktika ilə əlaqədar bəzi telekanal və radiostansiyaların yayımı müvəqqəti dayandırılıb. Kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.