...

KATV1 müharibə veteranları üçün güzəştli tarif paketini təqdim edir

Telekommunikasiya Materials 6 Aprel 2016 12:20 (UTC +04:00)
KATV1-in “Veteran” adlı sosial paketi çərçivəsində güzəştli qruplar əsas TV-paketini cəmi 5 manata izləyə bilirlər.
KATV1 müharibə veteranları üçün güzəştli tarif paketini təqdim edir

Bakı. Trend:

KATV1-in "Veteran" adlı sosial paketi çərçivəsində
güzəştli qruplar əsas TV-paketini cəmi 5 manata izləyə bilirlər.

KATV1-in "Veteran" adlı sosial paketi çərçivəsində güzəştli qruplar əsas TV-paketini ayda cəmi 5 manata izləyə bilirlər. KATV1-dən verilən məlumata əsasən, sözügedən sosial paket Böyük Vətən müharibəsi və Əfqanistan veteranlarına, həmçinin 1-ci və 2- ci qrup Qarabağ Müharibəsi əlillərinə təqdim olunur.

Şirkətdə qeyd etdilər ki, sözügedən sosial paket KATV1 şirkətinin yarandığı 2006-cı ildən mövcuddur və yuxarıda qeyd olunan qrupa daxil olan hər kəs həmin güzəştin üstünlüklərindən bəhrələnə bilər.

Bununla belə, sosial paketdən həm yeni abunəçilər, həm də artıq qoşulmuş abunəçilər istifadə bilər. Qeyd etmək lazımdır ki, "Veteran" sosial paketi Myvideo.az portalı vasitəsilə yayımlanan ödənişli telekanallara da şamil olunur.

KATV1 şirkəti həm güzəştli qrupların sayını, həm də "Veteran" sosial paketi çərçivəsində göstərilən xidmətlərin siyahısının genişləcəyini də istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti