Bakı. Trend:
Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 "KATV1 hər yerdə" konsepsiyasına uyğun yeni inkişaf strategiyasını bəyan etdi.
KATV1-dən verilən məlumata əsasən sözügedən konsepsiya operatorun telekommunikasiya şəbəkəsindən xaric televiziya auditoriyasının nəzərə çarpan dərəcədə genişləndirilməsini nəzərdə tutur.
Həmin konsepsiya çərçivəsində KATV1 auditoriyanın həm Azərbaycanda, həm də xaricdə genişləndirilməsilə məşğul olacaq.
"KATV1 2016-2020-ci illər üçün iki inkişaf istiqamətini müəyyən etmişdir - Azərbaycanda teleauditoriyanın Smart Box hesabına genişləndirilməsi və milli kanalların bütün dünyada izləməyə imkan verən Myvideo.az platformasının irəlilədilməsi", KATV1-də qeyd etdilər.
Smart Box cihazı KATV1-in telekommunikasiya şəbəkəsi xaricində televizorda internet vasitəsilə müxtəlif telekanal və videoları izləməyə imkan verir ki, bu da Azərbaycanda olan teleauditoriyanı genişləndirməyə imkan verir.
Bazarda təqdim olunmasından qısa bir vaxt keçməsinə baxmayaraq Smart Box öz müasir funksionalı və istənilən kanalın 10-günlük arxivinin izlənməsi imkanı sayəsində çox məşhurluq qazandı. Bu "ağıllı" cihaz istənilən televizoru Smart TV-yə çevirməyə imkan verir.
Smart Box sahibləri bütün milli kanalları pulsuz izləyə bilir, ödənişli xidmətə qoşulduqda isə onlar xarici kanalları da izləmək imkanını əldə etmiş olurlar.
Bundan əlavə, Smart Box vasitəsilə myvideo.az saytında mövcud olan geniş videotekaya da çıxış əldə etmək olar, həmçinin televizorda Skype, Instagram, Facebook və Youtube kimi məşhur tətbiqetmələrdən istifadə etmək olar.
Myvideo.az milli televiziya platforması dünyanın istənilən yerində olan internet-istifadəçilərinə ödənişsiz əsasda ümumrespublika kanallarını izləməyə imkan verir. Smart Box-la isə onları elə televiziyada izləmək olar.
Qeyd etmək lazımdır ki, yaxınlarda Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı Myvideo.az platforması xaricdə yaşayan soydaşlarımıza və bir çox digər istifadəçilərə Dağlıq Qarabağda baş verənlər haqqında milli telekanallar vasitəsilə obyektiv məlumat əldə etməyə imkan verdi. Telekanalların 10-günlük arxivləşdirmə imkanı isə yenə də peyk ilə qəbul olunan standart telekanallardan daha yaxşı şərtlər yaradır.
"Məqsədimiz tədricən teleməkanda Azərbaycan beynəlxalq brendinə çevrilməkdir. Bu məqsədlə biz müasir texnologiyalardan istifadə etməyə və öz məhsullarımızı həm dünya, həm də regional səviyyələrdə inkişaf etdirməyə davam edəcəyik", - KATV1-in məlumatında belə deyilir.