...

KATV1 öz infokanalının adını və konsepsiyasını dəyişdi

Telekommunikasiya Materials 12 Aprel 2016 13:03 (UTC +04:00)
Cənubi Qafqazın aparıcı telekommunikasiya və kabel televiziyası operatorlarından olan KATV1 öz şəbəkəsində yayımlanan ÇartBox infokanalının adını dəyişib.
KATV1 öz infokanalının adını və konsepsiyasını dəyişdi

Bakı. Trend:

Cənubi Qafqazın aparıcı telekommunikasiya və kabel televiziyası operatorlarından olan KATV1 öz şəbəkəsində yayımlanan ÇartBox infokanalının adını dəyişib.

KATV1-dən Trend-ə verilən məlumata görə, telekanal artıq Myvideo TV adı altında yayımlanacaq.

Myvideo TV, həmçinin yeni konsepsiyaya uyğun inkişaf edəcək. Əsasən 15-35 yaş qrupu çərçivəsində teletamaşaçı auditoriyasına ünvanlanan telekanalda yaxın 3 ildə maraq əhatəsinə uyğun müxtəlif yeni telelayihələrin hazırlanması nəzərdə tutulub. Azərbaycan teleməkanında gənclərə ünvanlanmış digər telelayihələrdən fərqli olaraq, Myvideo TV "əyləncə və fərdi inkişaf" formatlarının sintezini nəzərdə tutub.

Yaxın zamanlarda yeni formatda olan ilk telelayihə müxtəlif sahələrdə gənc istedadların üzrə çıxarılması və ictimaiyyətə təqdim ediılməsinə xidmət edəcək.

KATV1-də yeni formatın əsas məqsədini açıqlayıblar: "Azərbaycanda indiyədək tam olaraq gənc auditoriyaya ünvanlanan telekanal yox idi. Myvideo TV bu son dərəcə mühüm və televiziya sahəsində perspektivli istiqaməti əhatə etmək niyyətindədir. Məqsədimiz gəncləri yalnız əyləndirmək deyil, həm də müxtəlif sahələr üzrə maraqlı bir formatda maarifləndirməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti