...

KATV1-in təqdim etdiyi “optika” nəyə görə adi ADSL-dən yaxşıdır

Telekommunikasiya Materials 6 May 2016 13:36 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 artıq iki ildir ki, ölkədə internet-infrastrukturunun inkişafına yönələn proqram reallaşdırır. KATV1 şirkəti interneti istifadəçilərin "optika" və ya "ayrılmış xətt" kimi tanıdığı fiber-optik kanallar üzrə təqdim edir. Yeni texnologiya, demək olar ki, Bakıda hər bir internet istifadəçisinin istifadə etdiyi ADSL-texnologiyasılə müqayisədə daha keyfiyyətlidir.

Elə bu günlərdə KATV1 əhalinin fiber-optik şəbəkələrlə təqdim olunan yüksəksürətli genişzolaqlı internetə keçməsi üçün müvafiq stimullaşdırma proqramını elan etdi. Stimullaşdırma proqramı çərçivəsində KATV1 şirkəti "optika"ya keçid zamanı istifadəçilər üçün müəyyən üstünlüklər verən kampaniyalara start verdi.

"Optika"ya keçid zamanı müvafiq internet-paketinə görə iki aylıq ödəniş edən bütün istifadəçilər pulsuz wifi-modem əldə edəcəklər; və ya hər bir yeni istifadəçi seçdiyi paket üzrə bir aylıq pulsuz internet əldə edəcək. Kampaniya cari ilin 31 avqust tarixinədək qüvvədə olacaq.

Beləliklə də, Azərbaycanda "istifadəçilərin optikaya böyük keçidi"nə start verildi. KATV1 timsalında "optika"nın üstünlüklərini nəzərdən keçirib, ADSL-də qalmaq və ya "optika"ya keçmək arasında seçim edə bilməyənlərə yardım etməyə çalışaq.

Qeyd etmək lazımdır ki, ADSL-texnologiyasılə müqayisədə "optika"nın bir sıra mühüm üstünlükləri var. Məsələn, qiymətləri müqayisə etsək görərik ki, "optika"nın sürəti daha yüksəkdir - KATV1-in "baza" paketi gündüz vaxtı 8 Mbit/s, gecə saatlarında (24:00-dan 12:00-dək) isə onun iki qatını, yəni 16 Mbit/s təqdim edir. Seçilmiş paketdən asılı olaraq "optika"nın sürəti ADSL-in sürətindən 4-5 dəfə yüksək ola bilər. "Optik" internet üçün ayrıca fiber-optik şəbəkələrdən, ADSL texnologiyası üçün isə köhnə telefon xəttlərindən istifadə olunur ki, bu da sürətə olduqca təsir edir.

Azərbaycanda mövcud şərtlərə görə KATV1-in "optika" üzərindən təqdim etdiyi sürət çox yüksək ola bilər. Abunəçinin istəyilə sürət 32-48 Mbit/s-dək artırıla bilər. Ümumilikdə, KATV1 şirkəti real sürəti 100 Mbit/s-dək olan internet paketlərini təqdim edir. İnanılmaz səslənir, amma "yavaş" ADSL-ə öyrəşsək də, qeyd edilən yüksək sürətlər bir reallıqdır .Çünki, ADSL bizə ən yaxşı halda 7-9 Mbit/s, əksər hallarda isə 3-4 Mbit/s sürət verə bilər.
Beləliklə, KATV1-in daha bahalı paketlərinin "optika"sı ənənəvi ADSL-dən 4-5 dəfə sürətlidir. Bununla belə, istifadəçilər arasında daha məşhur olan "baza" paketi ADSL-dən yalnız 20-30% sürətlidir. Buna görə "optika"ya keçməyə dəyərmi? Dəyər. İş ondadır ki, KATV1-in təqdim etdiyi "optika" telefon xəttinin keyfiyyətindən asılı deyil, çünki istifadəçilər keyfiyyətli kabellərdən qurulmuş xüsusi infrastruktura qoşulur. Bundan əlavə, "əks yükləmə"nin (upload) sürəti bir neçə dəfə yüksəkdir ki, bu da video-ünsiyyət, müxtəlif faylların göndərilməsi və s. kimi fəaliyyətlər üçün çox vacibdir. Misal üçün 100 meqabitlik filmin hər hansı bir sayta yüklənilməsi 30-60 saniyə aparır, ADSL ilə isə bunun üçün ən azı 10-15 dəqiqə, bəzən isə yarım saat vaxt tələb olunur.

İnternetin sürətini artırmaq lazım gələrsə siz sadəcə daha bahalı paketə qoşula bilərsiz, ADSL ilə isə bu mümkün deyil. Bu yazının müəllifi də ADSL-dən istifadə etdiyi dövrdə heç olmasa 8 Mbit/s almaq üçün bir neçə paket dəyişməli oldu, yalnız sürət 5-6 Mbit/s-dən (gecə saatlarında) yuxarı qalxmadı. Təqsir isə ADSL-də sürəti məhdudlaşdıran telefon xəttlərində idi.

KATV1-in "optika"sı məhdudiyyətsiz trafik təqdim edir. Videokontent dövründə bu, mühüm bir üstünlükdür, çünki ucuz ADSL paketlərinin əksəriyyətində trafikin limit həddi var ki, bu da internetin imkanlarından hərtəfərli bəhrələnməyə imkan vermir. Məsələn, dörd nəfərdən ibarət ailənin hər bir üzvü hər gün filmlərə baxırsa, musiqi dinləyirsə, video-çatla ünsiyyətdə olursa, guman ki, ADSL-də trafik limitini aşacaq. KATV1-in istifadəçilərinin bu cür problemi yoxdur, çünki trafikə məhdudiyyət qoyulmur.

Hazırkı obyektiv qısa təhlil "optika"nın bütün üstünlüklərini nümayiş etdirir. Bu, sabahın texnologiyasıdır və biz əminik ki, yaxın bir neçə il ərzində minlərlə istifadəçi KATV1-in loyal abunəçisinə çevriləcək. Üstəlik, operator bir neçə kampaniyaya da start verdi ki, bu da bizə sərfəli şərtlərlə "optika" adlandırdığımız fiber-optik internetə qoşulmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti