Bakı. Trend:
Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 "Yay interneti" kampaniyasını elan edib.
Bu barədə Trend-ə KATV1-dən məlumat verilib.
KATV1-dən verilən məlumata görə, kampaniya çərçivəsində internet-paketi üçün əvvəlcədən 3 aylıq ödəniş edən abunəçilər bütün yay boyu (31 avqust 2016-ci il tarixinədək) 30-100 Mbit/s-lik internet əldə edəcəklər.
Orta hesabla istifadə olunan tarif paketindən asılı olaraq internetin sürəti yay aylarında təxminən dörd dəfə artırılacaq. Məsələn, baza paketinin istifadəçiləri (8 Mbit/s) kampaniyaya qoşulduqda 30 Mbit/s-lik internet əldə edəcəklər.
KATV1-in yeni istifadəçiləri isə "Yay interneti" kampaniyasına qoşulduqda əlavə olaraq pulsuz Wi-Fi ruter əldə etmiş olacaqlar.