...

Nazir müavini: "Azerspace-1" peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu

Telekommunikasiya Materials 30 İyun 2016 14:20 (UTC +04:00)
Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu.
Nazir müavini: "Azerspace-1" peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, "Azerspace-1" peyki dünyanın peyk sistemləri arasında öz yerini tutub: "Hazırda onun resurslarından bir çox ölkələr istifadə edir və onların sayı daim artır".

E.Vəlizadə qeyd edib ki, hazırda "Azerspace-2" telekommunikasiya peykinin tikintisi üzrə işlər aparılır: "Bu peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti