Bakı. Trend:
Hər zaman abunəçilərin rahatlığını düşünən “KATV1” kabel televiziyası operatoru təqdim olunan xidmətlərdən maksimum dərəcədə və asanlıqla yararlanmaq üçün daha bir yenilik təqdim edir.
Şirkətdən Trend-ə verilən məlumata görə, abunəçilərlə daim ünsiyyətdə olmaq məqsədilə, şirkət tərəfindən bu yaxınlarda müxtəlif “messencer”lərin (WhatsApp, Telegram, Viber), sosial şəbəkələrin (VKontakte və Facebook) və LiveChat funksiyasının köməkliyi ilə texniki mütəxəssislər ilə əks əlaqə yaratmaq üçün unikal imkan yaradılıb.
Genişləndirilmiş texniki dəstək “Chat2Desk” platformasının bazası əsasında həyata keçirilir ki, bu da daxil olan müraciətlərin maksimal dərəcədə tez və effektiv şəkildə aparılması üçün imkan yaradır. Şirkətin texniki mütəxəssisi ilə onlayn-ünsiyyətə başlamaq üçün abonent www.katv1.az saytına daxil olub aşağı sağ küncdə göstərilən ünsiyyət formalarından birini seçməlidir. (Whatsapp və Viber “messencer”lərinin köməkliyi ilə ünsiyyətin qurulması mobil telefonun aktivasiyası ilə həyata keçirilir: bunun üçün abonent “KATV1”-in texniki dəstək nömrəsini +994 50 9999 127 telefonun yaddaşına daxil etməlidir).
Bu ilin daha bir əhəmiyyətli yeniliyi “KATV1” şirkətinin “ASAN Xidmət”in bütün Bakı ofislərində müştəri xidmətlərinin istifadəyə verilməsidir. Artıq abunəçilər istənilən ofisə yaxınlaşaraq, təqdim olunan bütün xidmətlərdən yararlana bilərlər. “ASAN Xidmət” ilə əməkdaşlıq abunəçilərin şirkət ilə daha da yaxın olmaqları üçün atılan daha bir müsbət addımdır.