...

Nazir müavini: Azərbaycanda innovasiyalar sahəsində bir sıra qanun layihələri hazırlanır

Telekommunikasiya Materials 15 Dekabr 2017 13:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda innovasiyalar sahəsində bir sıra qanun layihələri hazırlanır.

Trend-in məlumatına görə, bunu “Texnologiyalar və innovasiyalar: iqtisadi islahatların və inkişafın perspektivləri” konfransında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini qeyd edib ki, hazırda vençur maliyyələşdirmə, ölkəyə investisiya axınının artırılması və innovasiya fəaliyyətinin inkişafı sahələrində iş aparılır:

“Hesab edirik ki, bütün bunlar Azərbaycanda innovasiya fəaliyyətinin inkişafına xidmət edir. Bu məsələdə çox şey biznes sektorundan asılı olacaq, dövlət isə zəruri yardımı göstərməyə hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti