...

Beynəlxalq şirkətlərlə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda tədbir keçiriləcək

Telekommunikasiya Materials 24 Oktyabr 2018 10:49 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Microsoft” və “Trend Micro” şirkətləri ilə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda konfrans keçirəcək.
Beynəlxalq şirkətlərlə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda tədbir keçiriləcək

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Microsoft” və “Trend Micro” şirkətləri ilə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda konfrans keçirəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir “İnnovasiyalar həftəsi” çərçivəsində 30 oktyabrda Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Konfransda “AzInTelecom” ilə “Microsoft”-un tərəfdaşlığı çərçivəsində müştərilərə təklif edilən xidmətlər (MS Windows Server 2016, Office 365) barədə məlumat veriləcək.

Eyni zamanda, kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti və bu lisenziyaların bulud üzərindən əldə olunacağı təqdirdə müştərilərə verə biləcəyi texniki və maddi üstünlüklər diqqətə çatdırılacaq.

Tədbirdə həmçinin “Azintelecom” və “TrendMicro” şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlərin Data Mərkəzi müştəriləri üçün yaradacağı əlverişli imkanlardan danışılacaq.

Xatırladaq ki, “AzIntelecom” MMC-nin 2016-cı ildən istifadəyə verilən Data Mərkəzi Cənubi Qafqaz regionunda TİER III sertifikatı ilə təltif olunmuş yeganə data mərkəzidir. 2017-ci ildən data mərkəzi nəzdində infrastruktur əsaslı İT həllər təqdim etməyə başlayan “AzIntelecom” mərkəzin geniş imkanlarından yararlanaraq partnyor şirkətlərlə əməkdaşlıq çərçivəsində müxtəlif lisenziya və kibertəhlükəsizlik həllərini potensial müştərilərə təklif edir.

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur.

Azərbaycan və xarici telekommunikasiya operatorları arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili. Yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) əsaslı xidmətlər. Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkə-daxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

Infrastruktur xidmətləri ISO 20000 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər).

Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

Azintelecom və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.azwww.datamerkezi.az vebsaytlarından istifadə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti