...

KATV1 15 illik ildönümü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib

Telekommunikasiya Materials 1 İyul 2020 14:36 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Qafqazın aparıcı kabel teleziviyasi və internet xidmətləri operatorlarından biri olan KATV1-in 2020-ci ildə qeyd olunan 15-illik ildönümü münasibətilə Azərbaycanda jurnalistlər arasında “Rəqəmsal Azərbaycan” mövzusunda müsabiqəni elan etdi.

Müsabiqənin məqsədi “rəqəmsal media və innovativ məhsullar”, “internet texnologiyaları və televiziya”, “genişzolaqlı internet və rəqəmsal xidmətlər”, “internet istifadəsinin müasir durumu və gələcəyi”, “KATV1 və digər kabel televiziyası xidmətləri 2020-2030-cu illərdə: jurnalistlərin gələcəyə baxışı” kimi mövzuları əhatə etməklə Azərbaycanda rəqəmsal texnologiyalar haqqında məlumatlandırmanın genişləndirilməsini təmin etməkdir.

Müsabiqə 1 iyul – 15 avqust tarixlərini əhatə edəcəkdir. Müsabiqənın yekunlarına görə Münsiflər Heyəti tərəfindən 20 nominant və bir qalib seçiləcəkdir. Nominantların hər biri internetdən kabel televiziya xidmətlərinə qoşulmaq üçün KATV1 Smart cihazı və 12 aylıq pulsuz TV-paketlə mükafatlandırılacaqdır. Qalib isə əlavə olaraq 49" Smart TV televiziya cihazına layiq görüləcəkdir.

Müsabiqənin qaydalarına görə, Azərbaycan mətbuatında 1 iyul – 15 avqust tarixində onlayn yaxud çap variantında dərc edilmiş hər bir məqalə və müsahibə iştirak hüququ verir. Müsabiqədə 18 yaşına çatmış həm peşəkar jurnalistlər, həm də bloqerlər iştirak edə bilər. 3 min işarədən az olmayan yazıların hazırlanması zamanı müəllif hüquqlarına riayət olunması zəruridir.

Müsabiqədə iştirak haqqında hər hansı ətraflı məlumat almaq üçün +994553340041 telefonu ilə əlaqə saxlamaq olar. Müsabiqədə iştirak edənlər məqalələrin linklərini və çap versiyaların skan formalarını [email protected] elektron poçtuna göndərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti