...

Azərbaycanda yolların əsaslı təmiri ilə bağlı tender elan olunub

Tender müsabiqələri Materials 28 May 2013 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.Əliyev/

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu rayonunda yolların əsaslı təmirinin satın alınması ilə bağlı tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Respublika" qəzetində dərc olunmuş məlumatda deyilir.

Tenderdə iştirak haqqı 100 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər ərizə və digər sənədləri 18 iyun saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə 27 iyun saat 17:00-dən gec olmayaraq Ağsu şəhəri, T.Tağıyev küçəsi, 5a ünvanına təqdim etməlidirlər.

Tender təklifləri 28 iyun saat 10:00-da açılacaq.

Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ağsu şəhəri, T.Tağıyev küçəsi, 5a
Tel.: (+ 994 20) 226-54-88

Məqalədə:
Xəbər lenti

Xəbər lenti