...

Mərkəzi Bank sığorta xidmətlərinin göstərilməsi üzrə tenderin qaliblərini müəyyənləşdirib

Tender müsabiqələri Materials 5 Noyabr 2013 14:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) bir il müddətinə əsas və nağd vəsaitlərin, KASKO üzrə bankın nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlərin göstərilməsinə dair tenderin qaliblərini müəyyənləşdirib.
Mərkəzi Bank sığorta xidmətlərinin göstərilməsi üzrə tenderin qaliblərini müəyyənləşdirib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) bir il müddətinə əsas və nağd vəsaitlərin, KASKO üzrə bankın nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlərin göstərilməsinə dair tenderin qaliblərini müəyyənləşdirib. Trend-in xəbərinə görə, bu barədə AMB-nin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

AMB-nin tender komissiyasının 21 oktyabr tarixli qərarına əsasan, əsas və nağd vəsaitlərin sığortalanması üzrə xidmətlərin göstərilməsinə dair tenderin qalibi "Paşa Sığorta" ASC, KASKO üzrə bankın nəqliyyat vasitələrinin sığortalanması üzrə qalib isə "ALFA Sığorta" ASC olub.

Qalib şirkətlərlə müvafiq müqavilələr bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti