...

Tacikistan Prezidenti İƏT üzrə islahatın keçirilməsini təklif edir

Dünya xəbərləri Materials 11 Mart 2009 16:05 (UTC +04:00)
Tacikistan Prezidenti İƏT üzrə islahatın keçirilməsini təklif edir

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən Tacikistan Prezidenti İmaməli Rəhman qeyd edib ki, görülmüş tədbir iqtisadi maliyyə böhranı dövründə İƏT-nin regionda mövqeyini gücləndirəcək, - "Xovar" Tehran Milli İnformasiya Agentliyi bildirib.

Tacikistanın dövlət başçısı İran İslam Respublikasının iqtisadi maliyyə böhranının tədqiqi və böhran əleyhinə tövsiyələrin hazırlanması istiqamətindəki təşəbbüslərini dəstəkləyir. Rəhmanın sözlərinə görə, İƏT-yə üzv dövlətlər Tacikistanın əsas iqtisadi tərəfdaşlarıdır və bu ölkələrə edilən yatırımlar ölkəmizin ümumi xarici əmtəə dövriyyəsinin 35%-ni təşkil edir.

Tacikistan dövlət başçısı Rəhman İƏT-də islahatların 2015-ci ildə deyil, hazırda keçirilməsini təklif edib. Bu barədə Tehrandan "Xovar"-a İran Prezidentinin mətbuat katibi Şərifzadə bildirib.

Sammitdə İƏT-yə üzv ölkələrin 10 üzvündən 7-sini dövlət başçıları təmsil edəcək. İclasda həmçinin İƏT-nin üzvü olmayan İraq və Qətərin dövlət başçıları, Suriyanın vitse-prezidenti də iştirak edəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. O zaman təşkilatın üzvləri İran, Pakistan və Türkiyə idi. 1992-ci ildə onların sırasına 7 ölkə - Əfqanıstan, Azərbaycan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan qoşulub.

Xəbər lenti

Xəbər lenti