...

İran prezidentinin and içmə mərasimi avqustun 5-də keçiriləcək

Dünya xəbərləri Materials 27 İyul 2009 10:30 (UTC +04:00)
İran prezidentinin and içmə mərasimi avqustun 5-də keçiriləcək

İran parlamentinin rəyasət heyətinin üzvi Həmidrza Hacibabayi bildirib ki, İran prezidenti Mahmud Əhmədinejadın and içmə mərasimi avqustun 5-də keçiriləcək. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Hacibabayi əlavə edib ki, and içmə mərasimində prezident, ali məhkəmə orqanının sədri və parlamentin sədri çıxış edəcək.

Onun sözləriniə görə, prezident Əhmədinejad avqustun 5-dən sonra iki həftə müddətində yeni kabinetinin tərkibini səlahiyyətlərinin təsdiqi üçün  parlamentə təqdim etməlidir.

Hacibabayi əlavə edib ki, parlament bir həftə ərzində kabinetin səlahiyyətini araşdırmalı avqustun 27-dək öz rəyini açıqlamalıdır.

Xəbər lenti

Xəbər lenti