...

İran BMT qətnamələrinə cavab vermək barədə düşünür

Dünya xəbərləri Materials 14 İyun 2010 15:18 (UTC +04:00)
İran parlamentariləri BMT Təhlükəsizlik Şurasının iyunun 9-da Tehran əleyhinə qəbul etdiyi qadağaların dördüncü raunduna cavab vermək üçün məsləhətləşirlər. Bu barədə Press-TV məlumat verib.
İran BMT qətnamələrinə cavab vermək barədə düşünür

İran parlamentariləri BMT Təhlükəsizlik Şurasının iyunun 9-da Tehran əleyhinə qəbul etdiyi qadağaların dördüncü raunduna cavab vermək üçün məsləhətləşirlər. Bu barədə Press-TV məlumat verib.

"Sanksiyaların yeni raundu ABŞ hökumətinin İran xalqına qarşı düşmənçiliyini bir daha sübüt etdi", - İran Parlamentinin nümayəndəsi Kazım Dəlxoş Parlamentin bazar ertəsi keçirilmiş iclasında deyib.

O əlavə edib ki, bu yalnız İranın müasir texnologiyalar almasını gücləndirəcək və İran xalqı öz hüquqları uğrunda daha əzmlə mübarizə aparacaq.

Rusiya və Çinin İranla bağlı mövqeyi sual doğurur. Tehranla möhkəm iqtisadi əlaqələrin olması qadağaların neft ixracına təsir etməyə imkan verməməsinə baxmayaraq, Parlament üzvləri onların növbəti qadağaları dəstəkləməsini qəbuledilməz sayırlar.

"Parlamentarilərin, heç şübhəsiz, adekvat cavabı var", - Parlament üzvü Mehdi Kuçakzadə deyib.
"Deputatlardan bir neçəsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) çıxmağı, bəziləri isə MAQATE ilə əməkdaşlığı məhdudlaşdırmağı təklif ediblər", - deputat Əsgər Cəlaliyan qeyd edib.

Cəlaliyan onu da əlavə edib ki, deputatlar son qərarın qəbulunadək işlərini davam etdirəcəklər.

Digər deputatlar qərarların tələsik qəbul edilməməsi üçün məsələni dərindən öyrənəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti