...

İran Prezidentinin kortejinə taraqqa atıblar – agentlik (ƏLAVƏ OLUNUB-4)

Dünya xəbərləri Materials 4 Avqust 2010 17:56 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad sui-qəsd zamanı xəsarət almayıb. Bu barədə "Royter" agentliyi İran Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat verib. Xəbəri "RİA- Novosti" yayıb.
İran Prezidentinin kortejinə taraqqa atıblar – agentlik (ƏLAVƏ OLUNUB-4)

RED. əlav: son üç abzasda hadisənin baş verməsi ətraflı göstərilib

İran Prezidenti Mahmud Əhmədinejad sui-qəsd zamanı xəsarət almayıb. Bu barədə "Royter" agentliyi İran Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat verib. Xəbəri "RİA- Novosti" yayıb.

Agentliyin məlumatına görə, çərşənbə günü Əhmədinejada sui-qəsd edilib, nəticədə bir neçə nəfər yaralanıb.

İki gün bundan əvvəl İran Prezidenti bəyan etmişdi ki, İsrailin xüsusi xidmət orqanları ona sui-qəsd hazırlayırlar.

KİV-in məlumatına görə, İran Prezidentinə ilk sui-qəsd prezident seçildikdən bir neçə ay sonra, 2005-ci ilin dekabrında Sistan və Bəluçistan əyalətinə səfəri zamanı edilib.

Prezidentin Təhlükəsizlik Xidməti bir neçə saat sonra Əhmədinejadın gedəcəyi marşrutun təhlükəsizliyini yoxlayarkən, naməlum şəxslər onun mühafizəçilərinə atəş açıblar. Sistan-Bəluçistan cinayətkarların Əfqanıstan və Pakistandan narkotik maddələrin Avropaya daşınması üçün istifadə etdikləri əsas yoldur. İran hərbi qulluqçuları burada həmişə narkotik qaçaqmalçıları ilə mübarizə aparırlar.

İran KİV-in məlumatına görə, ölkənin regionlarına səfər edən Əhmədinejad ictimaiyyət qarşısında ona edilən sui-qəsdi xatırlamayaraq nitqlə çıxış edib.

Əhmədinejadı salamlayanlar arasında gənc sakin izdihama taraqqa tullayıb. Xəbəri IRNA agentliyi yayıb.

Agentliyin məlumatına görə, taraqqanın partlaması tədbirin dayanmasına səbəb olmayıb, lakin bəzi qərb agentlikləri bununla bağlı yalan məlumat yayıblar. İnformasiya agentliyi bəzi yerli media strukturlarını da səsli əl qumbarasının partlaması haqqında yaydıqları məlumata görə tənqid edib.

Həmədan əyalətinin yerli hakimiyyət nümayəndəsinin sözlərinə görə, xəsarət alan olmayıb, heç kimə ziyan dəyməyib.

Xəbər lenti

Xəbər lenti